Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitablar” silsiləsindən yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilmişdir. Müzakirədə VII-X siniflərdən 18 şagird və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir.
İlk olaraq məktəbin direktoru İlahə Fərəcova çıxış edərək bildirmişdir ki, “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən “Əli və Nino” azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi geniş şöhrət qazanmışdır.
Şagirdlərdə "Oxunması zəruri olan kitablar"a marağı artırmaq və mütaliənin əhəmiyyəti haqqında tövsiyyələr vermişdir. Müzakirə diskussiya şəklində təşkil olunmuşdur.
Sonra məktəbin Azərbaycan dili müəllimi Nəsibə İsmayılova yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Əsərdəki obrazların səciyyəvi xüsusiyyətləri, süjet xətti, əsərin ideyası və tarixi əhəmiyyəti ətraflı şəkildə müzakirə edilmişdir.