Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 03 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyinin və Biologiya laborantının təşkilatçılığı ilə Biologiya fənnindən məktəbin VII sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir. Paralel 5 sinif arasında keçirilən bilik yarışında şagirdlər 5 komandada 5 şagird olmaqla yarışıblar. Bilik yarışının keçirilməsində məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməklə təbiət elimlərinə maraq oyatmaqdır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin direktoru, məktəb vəzifəliləri, müəllimlər və valideynlərin iştirakı ilə keçirilən bilik yarışında məktəbin digər şagirdlərinin iştirakı ilə maraqlı rəqs və milli musiqi alətlərində musiqi ifa olunub. Sonda məktəbin VIIa sinif komandası qalib olmuşdur. Qalib komanda və fəal iştirakçılar ayrı-ayrılıqda məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar.