• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1170
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1170
mod_vvisit_counterBu ay46324
mod_vvisit_counterÜmumi2930463

Tarix: 23 Dek., 2024

“Naxçıvan -95” mövzusunda tədbir keçirilmişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif  Talıbovun 21 yanvar 2019-cu il tarixli 322-05/S №-li  sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr  olunmuş Tədbirlər Planına” uyğun olaraq Sədərək rayon Qaraağac kənd tam orta məktəbində 04 dekabr 2019-cu il tarixində  məktəbin  şagirdləri və müəllim kollektivinin   iştirakı  ilə “Naxçıvan -95” mövzusunda tədbir  keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Məktəbin direktoru   Ayaz  Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisələrdən biri də -Naxçıvan Muxtar Respublikasının yaranması olmuşdur. Bu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. “Ümummilli lider Heydər Əliyev Naxçıvan və Naxçıvan muxtariyyəti haqqında çox əhəmiyyətli fikirlər söyləyib. O deyirdi ki, Naxçıvanın Muxtariyyəti tarixi nailiyyətdir və biz bu tarixi nailiyyəti qorumalıyıq. İllər sonra gördük ki, Ümummilli Liderin bu sözləri dahiyanə deyilmiş sözlərdir. Naxçıvanın qorunmasında, onun düşmən təcavüzünə uğramamasında Heydər Əliyevin çox qətiyyətli addımları olub. Ulu Öndərdən sonra bu ağırlığı öz çiyinlərinə götürən böyük siyasi lider, dünyada böyük hörmət və nüfuz sahibi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan barədə deyib ki, Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edib. Naxçıvanın Muxtariyyətinin qeyd edilməsi 1949-cu ildən başlayır.

Həmin il Naxçıvanın muxtariyyət əldə etməsinin 25 illiyi, 1964-cü ildə 40 illiyi, 1974-cü ildə 50 illiyi, 1984-cü ildə isə 60 illiyi qeyd olunub. 1999-cu ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında Fərman imzalanıb. Ondan sonra Prezident İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü il fevralın 9-da Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Oruc Orucov  və Tarix müəllimi Rizvan  Əbilhəsənov öz çıxışlarında  Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 13 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür.

1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2013-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.  1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur. 1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.

Sonda 3-cü sinif şagirdləri Əliyeva Telli  və Səfərov Amal  Əziz Kərimoğlunun  Naxçıvan Muxtar Respublikası haqqında yazdığı “ Vətənimin gözəllikdə yox tayı” şeirini səsləndirdilər. Bununla da Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbir başa çatmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg