Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin ədəbiyyat müəllimləri, eləcə də 7- 11 sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin ədəbiyyat müəllimlərindən Hüseynov Elgün və Gülnar Eyvazova Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında məlumat vermiş, Cəlil Məmmədquluzadənin işıq üzü görən əsərlərindən, pyeslərindən bəhs etmişdirlər.
Həmçinin Mirzə Cəlilin ən böyük uğurlarından biri olan " Molla Nəsrəddin" jurnalı haqqında şagirdlərə məlumat verilmişdir.
Sonda isə Cəlil Məmmədquluzadinin həyatından bəhs edən film nümayiş etdirilmişdir.