Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nurlana Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Nuhçıxan-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilsin".
Qeyd edək ki, Nurlana Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.