• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1534
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1534
mod_vvisit_counterBu ay47146
mod_vvisit_counterÜmumi2514411

Tarix: 29 Apr., 2024

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana Əliyeva ali məktəbin kollektivinə təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bildirib ki, muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir.

Bu tədbirlər paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar dağ və sərhəd kəndlərini əhatə edir. Ali təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan ətraflı danışan Seymur Talıbov əminliyini bildirib ki, bundan sonra da Naxçıvan Universiteti həmişə olduğu kimi qabaqcıl təhsil müəssisələri sırasında öz layiqli yerini tutacaq.

Yeni təyin olunan rektor Nurlana Əliyevanı universitet kollektivinə  təqdim edən Seymur Talıbov  ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Universitetinin prorektoru Hüseyn Bağırsoylu çıxış edərək deyib ki, Nurlana Sabir qızı Əliyeva 1977–ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetində Filologiya ixtisası üzrə bakalavr təhsili alan Nurlana Əliyeva 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili alıb.  2001-ci ildən isə “Naxçıvan” Universitetinin Azərbyacan dili və ədəbiyyat kafedrasında  müəllim kimi fəaliyyət göstərir.  2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilib. 2018-ci  ilin fevral ayından “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışır.

Univerisitetin Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli və digərləri də çıxış edərək Nurlana Əliyevanı təbrik edib, ona bu məsuliyyətli vəzifəsində uğurlar arzuluyublar.

Naxçıvan Univerisietinin rektoru Nurlana Əliyeva göstərilən yüksək etimada görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minətdarlıq edib və bu etimadı doğruldacağına söz verib


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg