06 dekabr 2019 cu il tarixində Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin və Sədərək rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar respublikasının 95 illik yubileyi münasibətilə "Naxçıvanı tanıyaq" devizi altında bilik yarışıması keçirilmişdir.
Yarışa Sədərək rayon ümumtəhsil məktəblərindən 4 komanda olmaqla ümumlikdə 20 şagird iştirak etmişdir. Maraqlı keçən yarışın sonunda Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası Naxçıvanda keçiriləcək muxtar respublika turunda iştirak etmək hüququ qazanmışdır.