06 dekabr 2019_cu il tarixdə Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubleyi” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini qeyd edib. O bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şıxəliyeva Şirin isə öz çıxışında ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.