• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1267
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1267
mod_vvisit_counterBu ay46421
mod_vvisit_counterÜmumi2930560

Tarix: 23 Dek., 2024

İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sədərək kənd 2 nömrəli tam orta məktəbində  Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə  İmaməddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Təhsil şöbəsinin Müdiri Malik İsmayılov  və təhsil şöbəsinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Təhsil şöbəsinin müdiri Malik İsmayılov vurğulamışdır ki, Prezident İlham Əliyev Cənablarının  "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” kimi elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı ölməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına və təbliğ edilməsinə geniş meydan açır.

Eyni zamanda, mühüm tarixi əhəmiyyətə malik olan Prezident sərəncamı yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarı nümunəsində tərbiyə edilib, azərbaycançılıq ruhunda formalaşdırılmasına göstərilən böyük dövlət qayğısının əməli ifadəsidir. Bütün bunlar həm də böyük Azərbaycan şairi İmadəddin Nəsimi mövzusuna elm, ədəbiyyat və incəsənətin bütün istiqamətlərində yenidən qayıdış baxımından qarşıya yeni vəzifələr qoyur.

 

Cəmi bir il bundan əvvəl, 2018-ci ilin sentyabr ayında Bakı şəhərində və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı Nəsimi sənətinin ölməzliyini bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Festivalın dünyanın müxtəlif ölkələrindən gəlmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilməsi, tədbirlərin Bakı şəhəri ilə yanaşı şairin vətəni Şamaxı şəhərini də əhatə etməsi İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən möhtəşəm hesabat olmuşdur. Xüsusən, Azərbaycan dövlətinin rəsmi dəvəti və himayəsi ilə İmadəddin Nəsiminin şəcərəsindən olub, hazırda Suriyanın Hələb şəhərində yaşayan və Nəsimi soyadını davam etdirərək yaşadan, Hələbdəki Seyid İmadəddin Nəsimi məqbərəsinin mühafizi Məhəmməd Cövdət Nəsiminin və onun mənsub olduğu ailənin digər üzvlərinin Nəsimi tədbirlərində iştirakının təmin edilməsi, onların ata-baba yurdu Şamaxı şəhərini ziyarət etmələrinə şərait yaradılması, Şamaxı qəbiristanlığında böyük sənətkarın qardaşı Şahxəndanın bu günə qədər qorunub saxlanılmış məqbərəsi ilə tanışlığı mühüm əlamətdar hadisəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 23-24 iyun 2017-ci ildə "Ey Nəsimi, cahanı tutdu sözün” adlı beynəlxalq konfrans keçirməsi və həmin elmi tədbirdə Azərbaycanla yanaşı Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irsinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qayıdış sahəsində mühüm bir addım olmuşdur. 2018-ci ilin noyabr ayında İmadəddin Nəsimi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın büstünün açılması onun yeni tarixi şəraitdə dünya şöhrətinin təntənəsini göstərən mühüm hadisə olmuşdur.

Bütün bunlarla bərabər, imzalanmış sərəncamları Azərbaycan alimləri və yazıçılarından, incəsənət xadimlərindən daha sanballı əsərlər yaratmağı tələb edir. Çünki Nəsiminin həyatı və yaradıcılığı azərbaycançılıq ideyalarını, vətənpərvərlik və mənəvi bütövlük tərbiyəsini diqqət mərkəzinə çəkmək üçün tükənməz imkanlara malikdir. Etiraf etməliyik ki, Nəsimiyə həsr olunmuş bədii və elmi əsərlərin yaradılması sahəsində son yarım əsr ərzində yaranmış boşluğun aradan qaldırılması üçün çox iş görülməlidir. Xüsusən, şairin zəngin irsi tam halda çap olunaraq Azərbaycan oxucularına çatdırılmalıdır.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir deyə vurğulamışdır.

Daha sonra məktəbin Ədəbiyyat müəllimi Rzayeva Gülsüm çıxış edərək bildirmişdir ki, Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə BursadaTəbrizdəBakıdaDiyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.   Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi.

O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycanfars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.                                                Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır.         Bunlardan İbn SinanıXaqaniniNizaminiFələkiniMənsur HəllacıFəzlüllah NəiminiŞeyx Mahmud ŞəbüstəriniÖvhədi Marağayini və başqalarını göstərmək olar.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraqTürkiyəSuriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".     Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcininİbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdır deyə vurğlamışdır.

Tədbirin sonunda məktəbin VI sinif şagirdi Bayramov Məntiq  və VIII-IX  sinif şagirdləri şairin qəzələrindən şeirlər səsləndirmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg