• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1172
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1172
mod_vvisit_counterBu ay46326
mod_vvisit_counterÜmumi2930465

Tarix: 23 Dek., 2024

“Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib”

 

10 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış iki yaş qrupu üzrə 10 və 14 yaş qrupunda olan şahmatçılar arasında təşkil edilib.

Yarış başlamazdan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək, ümummili lider Heydər Əliyevin müasir Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, idman sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu bildirib.

Yarışda ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb. Qeyd olunub ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirmək, məktəblilər arasından bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq və şahmatı təbliğ və inkişaf etdirməkdən ibarətdir.

7 turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. Birincilikdə rayonun ümumtəhsil məktəblərindən 62 şagirdin iştirakı təmin edilib. 10 yaşadək şahmatçılar arasında Xok kənd tam orta məktəbinin şagirdi Əlili Kənan I yerə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Tarverdiyev Şəhriyar II və Hüseynli Ayxan III yerə layiq görülüb. 14 yaşadək şahmatçılar arasında isə Xok kənd tam orta məktəbinin şagirdi Abdullayev Əbdüləzim I yerə, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Əsgərli Ramay II yerə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Cəfərli Anar III yerə layiq görülüb.

Şahmat yarışının qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg