10 dekabr 2019-cu il tarixdə Xok kənd tam orta məktəbində “Naxçıvan Muxtar Respublikasının 95 illiyi”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zal Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir.
Naxçıvanın muxtariyyət tarixindən bəhs edən direktor qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eləcə də bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi və mədəni yüksəlişinə, hərtərəfli inkişafına layiqli töhfəsini verib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə muxtar respublikanın, o cümlədən burada elm və təhsilin inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi təkcə Naxçıvan tarixində yox, ümumilikdə Azərbaycan tarixində şanlı səhifədir.
Tədbirdə məktəbin tarix müəllimi Zülfü Seyidovun “Muxtariyyəti şərtləndirən amillər” və XI sinif şagirdi Aslı Seyidovanın “Müasir Naxçıvanımız” mövzüsunda çıxışları dinlənilib.
Sonra şagirdlər Naxçıvan Muxtar respublikasının 95 illiyinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Sonda kitabxanada “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisinə baxış olub.