10 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət Kuboku” yarışı keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onlara analitik düşüncə tərzini aşılamaq, fənlərin bir-birilə bağlılığını şagirdlərə göstərmək və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Oyunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin 9-11-ci siniflərindən 25 şagird iştirak etmişdir. Oyunun gedişində iştirakçılar Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, məntiq, kimya, biologiya, coğrafiya, fizika və tarix fənlərinə uyğun bilik nümayiş etdirmişdir.
Sonda 2, 7 və 11 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət olan “İnformatika” komandası I yerə layiq görülmüşdür.