Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Dahi İnsan” adlı tədbir keçirilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan 12 nömrəli tam orta məktəbin tarix müəllimi Əntiqə Həsənova çıxışında ulu öndər Heydər Əliyevin 1990-1993-cü illər tarixə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşməsini bu tarixlərdə Naxçıvan Muxtar Respublikasının olduqca çətin bir dövr yaşamasını şagirdlərin diqqətinə çatdırmışdır.
Sonra məktəbin direktoru Aynur Mustafayeva çıxışında dahi şəxsiyyətin həyatından söz açaraq ulu öndərin milli dəyərlərə bağlı əsl lider kimi yaddaşlarda daim yaşayacağını qeyd edib, onun həyatının və vətənə bağlılığının gənc nəsilə hər zaman örnək olduğunu vurğulayıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülxarə Tarverdiyeva çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləmişdir.Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə şeirlər səsləndirilmişdir.
Sonda məktəb kitabxanasında mövcud olan Heydər Əliyev guşəsinə baxış keçirilmişdir.