• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1260
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1260
mod_vvisit_counterBu ay46414
mod_vvisit_counterÜmumi2930553

Tarix: 23 Dek., 2024

Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib


Sədərək rayon Qaraağac kənd tam orta məktəbində Sədərək rayonTəhsil şöbəsinin təşkilatçılığlı ilə  13 dekabr  2019-cu il tarixində "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi " ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Sədərək rayon Təhsil şöbəsinin metodkabinə müdiri  Bulud Bağırlı və məktəbin Azərbaycan-dili və Ədəbiyyat müəllimi Nadir  Qasımov    xalq yazıçısı Hüseyin İbrahimovun həyatı yaradıcılığı və əsərləri haqqında geniş məlumat verərək qeyd etdilər  ki,  Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir.

Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941-1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943-1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. Hüseyn İbrahimov 1947-1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949-1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.

O, 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961-1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965-1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975-1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır.           Əsərləri: “Kamalın ad günü” (1957), “Gülzar” (1958),  “Baharın hekayəsi” (1958),  “Zərifənin çiçəkləri” (1960), “Şirin xatirə” (1963),  “Göyərçinin məhəbbəti” (1964),  “Sabahın sorağında” (1966),  “Seçilmiş əsərləri” (1974), “Günəş doğan yerdə” (1976),  “Nəciblik” (1979),  “Bahar yağışı” (1983),  “Səhv edəndə” (1985)  “Əsrin onda biri” (1987),  “Seçilmiş əsərləri” (1998),  “Qu quşları öləndə oxuyurlar” (1988),  “Böhtan” (roman) (1998),  “Ata, qız və bostonlu Franklin” (1999),  Seçilmiş əsərlərin müəlifidir deyə vurğulamışlar.

Tədbirin sonunda 8-ci sinif şagirdi Mehdiyev Nurlan Söyüd ağacı, 10-cu sinif şagirdi İbrahimova Tərlan Ay ışığında əssərini və 11-ci sinif şagirdi Əliyev İsmayıl Hökümdar hökmü adlı əsərlərini səsləndirmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg