• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1468
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1468
mod_vvisit_counterBu ay46622
mod_vvisit_counterÜmumi2930761

Tarix: 23 Dek., 2024

Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Şahtaxtinskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub

Şagirdlərdə fəallığı artırmaq, onların maraqlarını müəyyənləşdirmək məqsədilə 13 dekabr 2019-cu il tarixdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Şahtaxtinskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub. Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 40 dərnək üzvü iştirak edib.


Şahtaxtinskilər Muzeyini ziyarət edən dərnək üzvlərinə muzey bələdçisi muzeydəki eksponatlar barədə məlumat verib və bildirib ki, Şahtaxtinskilər Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeydə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar nümayiş olunur. Qeyd olunub ki, muzeyin ekspozisiya zalı tamamilə yenidən qurulub, fond otağı yaradılıb, eksponatların ayrı-ayrı guşələr üzrə nümayişi təmin edilib. Muzeyin guşələrində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskinin, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının, Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, Azərbaycan parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinskinin, görkəmli rəssam Elmira Şahtaxtinskinin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, bu nəslin görkəmli nümayəndələrinin kitabları, eləcə də rəsm əsərləri toplanıb.

Qarabağlar Türbə Kompleksində olan dərnək üzvləri abidə və kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla tanış olublar. Bildirilib ki, kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiqləyir. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar eləcə də binadakı qədim təndirlər, mis qablar, XII-XVII əsrdə istifadə olunan qədim mis və gümüş sikkələr dərnək üzvləri tərəfindən maraqla qarşılanıb və onlarda zəngin təəssürat yaradıb.

Ekskursiya zamanı dərnək üzvlərinin sualları cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg