Culfa Rayon Uşaq-Gənclər Şahmat İdman Məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon Bölməsinin, Culfa Rayon Təhsil şöbəsinin və Culfa Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev idealarını daima yaşadaq" devizi altında rayon ümumitəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı keçirilmişdir.
Yarış iki qrup üzrə oğlanlar və qızlar arasında təşkil edilib. Yarışda 44 şahmatçının iştirakı təmin edilib. Yarış başlamazdan əvvəl Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Vahid Həsənov çıxış edərək Ümumilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, apardığı uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. O, qeyd etdi ki, Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O, bildirdi ki, şahmatın ölkəmizdə inkişafı və kütləvi xarakter alması Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yarışın keçirilməsində məqsəd bacarıqlı şahmatçıları üzə çıxarmaq, şahmatçılar aradında dostluq əlaqələrini inkişaf etdirməkdir. Çıxışdan sonra yarışa start verildi. Yarışın nəticəsinə əsasən oğlanlar arasında I yerin qalibi Nağıyev Ramazan, II yerin qalibi Əhmədov Əjdər, III yerin qalibi Nağıyev Turan, qızlar arasında isə I yerin qalibi Əhmədova Mirvari, II yerin qalibi Babayeva Aysun və III yerin qalibi Babayeva Aysel olmuşdur. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.