16 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və Şahbuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə birlikdə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin VI-XI sinif şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha dərindən öyrədilməsi, istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması və təsviri incəsənət dərslərinin tədrisinin yüksəldilməsindən ibarətdir.
Müsabiqədə 23 tam orta məktəbin şagirdləri iştirak edirdi. Müsabiqənin yekun nəticəsinə görə münsiflər heyəti tərəfindən birinci yerə Ağbulaq kənd tam orta məktəbinin X sinif şagirdi Seyidzadə Nuranə, ikinci yerə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Salmanov Anar, üçüncü yerə isə Biçənək kənd tam orta məktəbinin VIII sinif şagirdi Quliyev İsmayıl layiq görülmüşdür.
Birinci və ikinci yer tutmuş şagirdlər Naxçıvan şəhərində keçirilən rəsm müsabiqəsində Şahbuz rayonunu təmsil edəcəklər.