17 dekabr 2019-cu il tarixində Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “31 dekabr Dünaya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı” münasibətilə məktəbin V-XI sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə çıxış edən Sədərək rayon Təhsil şöbəsinin əmkdaşı Arzuman Abdullazadə və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Arif Həmzəyev çıxış edərək bildirmişlər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür.
Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Şagirdlərin maraq və həvəslə mövzu ətrafında 2 saat 10 dəqiqə müddətində çəkdikləri rəsmilər münsiflər heyəti tərəfindən qiymətlədirilmişdir.
Yekun nəticəyə əsasən məktəbin 11-ci sinif şagirdi Əlizadə Gülçin 1-ci yerə, 5-ci sinif şagirdi İbrahimov Nuray 2-ci yerə, 5-ci sinif şagirdi Zalova Aliyə 3-cü yerə və 5-ci sinif şagirdi Kazımova Gülçin isə Həvəsləndirici yerə layiq görülmüşlər.
Müsabiqənin qalibləri təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatladırılmışlar.