17 dekabr 2019-cu il tarixdə 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Həsənova Təbibə Ramazan qızı VII sinif şagirdlərinə “Göbələklərin müxtəlifliyi” mövzusunda açıq dərs keçmişdir.
Dərs müasir təlim üsulları əsasında təşkil olunmuşdur. Tapşırıqlar fərdi, kiçik qruplarla və kollektivlə iş təlim formaları əsasında yerinə yetirilmişdir. Açıq dərs zamanı əyani vəsaitlərdən istifadə olunmuşdur. Həmçinin şagirdlər laboratoriya avadanlıqlarından istifadə edərək, kif göbələyinin quruluşunu əyani şəkildə öyrənmiş və mikroskopda gördüklərini kağız üzərinə köçürmüşlər. Sonda şagirdlər sərbəst olaraq kif, maya və parazit göbələklərin müxtəlifliyini tam şəkildə izah etmişdirlər.
Dərs zamanı fəal təlimin bütün mərhələləri icra olunmuşdur.