• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1733
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1733
mod_vvisit_counterBu ay46887
mod_vvisit_counterÜmumi2931026

Tarix: 23 Dek., 2024

Milli köklər üzərində yeni innovasiyalara doğru

Günəşin buludlarla gizlənqaç oynadığı, ağacların “göz yaşları”nın selə döndüyü, küləyin “qələbəsini” bayram etdiyi bir payız günündə şəhərimizin qoynunda, yaraşıqlı tikililərin qənşərində boy göstərən, əzəmətli görünüşü ilə gözoxşayan bir ünvana üz tuturam. Ecazkar quruluşları ilə abad küçələri daha da cəlbedici göstərən xiyabanları, fəslin ab-havasına bürünən, qocaman çinar ağaclarının köksünə sığındığı göyqurşağını xatırladan parkları seyr edə-edə yolu nə zaman qət etdiyimin fərqinə belə, varmıram.

Budur hər gün onlarla bacarıqlı, qabiliyyətli məktəblinin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün üz tutduğu Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi. Bu mərkəz haqqında ilk təəssüratım yerləşdiyi binanın qarşısında qızılı dona bürünən ağacların ətrafında toplaşan uşaqların maraqlı söhbətindən, aralarındakı kiçik müzakirələrdən yaranır.

Bu müzakirələr mərkəzdə məşğələlərin fəalşəkildə keçirildiyini, dərnəklərin uşaqların maraq dünyasına, sözün yaxşı mənasında, hakim kəsildiyini göstərir.  Onları maraq dünyalarından ayırmadan ehmalca yanlarından ötüb mərkəzin binasına daxil oluram. Mərkəzlə tanışlıq zamanı ayrıayrı otaqlardakı məşğələ prosesi, eləcə də binanın ikinci mərtəbəsinin foyesində sərgilənən dərnək üzvlərinin əl işləri diqqətimi çəkir, guşəyə tamaşa etdikcə özümü fərqli çalarlarla zəngin, ümid, arzu, istəklərin çağladığı bir ümmanda hiss edirəm. Öyrənirəm ki, burada müxtəlif şöbələr və 39 adda dərnək fəaliyyət göstərir. 35 sağlamlıq imkanları məhdud uşağın da cəlb olunduğu dərnəklərin məşğələləri mərkəzdə və Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2019-2020-ci tədrisilində isə milli və ümumbəşəri dəyərləri özündə yaşadan təsvirisənət növləri və müasir texnologiyaları əhatə edən yeni profilli innovativ Robotexnika, Ağac üzərində oyma, Metal üzərində bədii döymə, Dulusçuluq, Xalçaçılıq, Ebru sənəti, Gimnastika, Qum sənəti, Memarlıq-dizayn, Dram, Mental aritmetik, Sürətli oxu dərnəkləri yaradılıb. Lazımi maddi-texniki baza və xüsusi avadanlıqlarla təmin edilən dərnəklərin xarakterik xüsusiyyətlərini ayrıayrılıqda təhlil etdikdə onların gələcəyimiz üçün nə dərəcədə önəmli olduğu ortaya çıxır. İlk olaraq müxtəlif inteqrativ təlimlərə, fizika, informatika və riyaziyyat fənlərinə əsaslanan Robotexnika dərnəyinin məşğələsi ilə tanış oluram. Məşğələ vasitəsilə məktəblinin müasir biliklərə, yüksək texnologiyalara marağı günü-gündən artır, şagirddə dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar formalaşa bilir. Ən əsası isə şagird ortaməktəbdəmüəyyən sahələr üzrə əldə etdiyi nəzəri bilikləri artırır, onu praktikaya çevirərək real tətbiqetmə imkanları əldə edir. Məşğələlərin müəyyən hissəsi slayd vasitəsilə ingilis dilində aparıldığı üçün bu həm də uşaqların texnologiya elmləri üzrə dil öyrənmə bacarıqlarını da inkişaf etdirir.

Mental aritmetik dərnəyi şagirdlərdə sürətli və dəqiq şəkildə hesablama aparmaq bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünəinam və yaradıcılıq qabiliyyətinin güclənməsini şərtləndirir.

Mütaliə vərdişlərinin formalaşmasını, qısa zaman çərçivəsində çox sayda ədəbiyyat oxuyaraq müfəssəl şəkildə qavramağı çoxu arzu etsə də, hər kəs buna müvəffəq ola bilmir. Məhz, bu mənada, mərkəzdə yeni yaradılanSürətli oxu dərnəyinin əhəmiyyəti böyükdür. Burada keçirilən məşğələlər zamanla uşaqlarda sürətli oxuma bacarığı ilə yanaşı, onlarda özünəinam, yüksək motivasiya, geniş söz ehtiyatı və oxuduqlarını qısa müddətdə anlama və yadda saxlama qabiliyyətini də inkişaf etdirir. Dərnəkdə əvvəlcə uşaqların diaqnostik qiymətləndirilməsi aparılır, onlarda söz ehtiyatının, diqqət zəifliyinin, dalğınlığın, özünə inamsızlığın olubolmadığı yoxlanılır. Daha sonra təlim proqramı hər bir uşağa fərqli yöndə fərdi olaraq öyrədilir. Onların sürətli oxuması üçün buna səbəb olan əngəllər aradan qaldırılır və göz bucağı, söz ehtiyatı, xəyal gücü, diqqət, göz yaddaşı inkişaf etdirilir. Uşaqlar sürətli oxuduqda beyin başqa şeylər düşünməyə vaxt tapmır, beləcə, diqqət cəmlənir və bunun nəticəsi olaraq dərketmə qabiliyyəti də artır.

Yeni yaradılan dərnəklərdən biri Ebru sənəti ilə bağlıdır. Rənglərin su ilə rəqsindən yaranan, kağız bəzəmə sənəti sayılan, qədim köklərə malik Ebru müasir dövrdə də öz populyarlığı ilə seçilir. Nəzərə alanda ki, muxtar respublikamızda bu sənət üzrə sayılıb-seçilən sənətkarlar barmaqla sayılacaq qədərdir, o zaman bu dərnəyin nə dərəcədə əhəmiyyətli olduğu aydınlaşır. Məşğələlər vasitəsilə incəsənətə maraqgöstərən, rəsm çəkmək bacarığı olan uşaqlar zamanla bu sənətə yiyələnməklə yanaşı, gündəlik həyatlarında lazım olan müəyyən qabiliyyətləri də inkişaf etdirir, onlarda dərindən düşünmək, xəyal gücünü ortaya qoymaq, dəqiqlik xüsusiyyətləri formalaşır.

Qum sənəti dərnəyi də bu sahəyə marağı olan məktəblilərə püxtələşmələri üçün geniş imkanlar açır. Əvvəlcə uşaqlarda kağız üzərində rəsm çəkmək bacarığı formalaşdırılır, daha sonra işıqlandırılmış şüşə üzərində qumla təsvirin çəkilmə qaydaları öyrədilir. Tədris müddətində uşaqlar müxtəlif fotoşəkillərə baxıb öz fantaziyaları əsasında maraqlı kompozisiyalar işləyirlər. Qum sənəti dərnəyi şagirdlərin, əsasən, müstəqil yaradıcılıq qabiliyyətlərinin inkişafına təkan verir. Diyarımızın qədim məişətini, adət-ənənəsini özündə yaşadanAğac üzərində oyma, Metal üzərində bədii döymə, Dulusçuluq, Xalçaçılıq dərnəkləri elsənətlərinin müasir dövrdə inkişafının, respublikada gedən bədii yaradıcılıq proseslərinin davamlılığını, istedadlı və bacarıqlışagirdlərin yaradıcılıq sahəsi üzrə yetişmələrini təmin etmək məqsədi daşıyır. Buradakı məşğələlərdə gənclərə xalq yaradıcılığı nümunələri, dekorativtətbiqi sənətin sirləri öyrədilir. Memarlıq-dizayn dərnəyi şagirdlərdə mühəndislik bacarıqlarının formalaşmasına, onlara düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına genişimkanlar açır. Gimnastika dərnəyi isə uşaqların bu idman növünün sirlərinə yiyələnməsi və fiziki cəhətdən sağlam formalaşmalarına töhfə verir. Dram dərnəyinə aktyorluq istedadı, səs diapazonu, bədii yaradıcılıq qabiliyyəti, intonasiya, hərəkət qaydaları, yeriş, mimika kimi xüsusiyyətlərə malik olan uşaqlar qəbul edilir. Burada uşaqlar oxunması zəruri olan kitabları oxuyaraq mütaliə vərdişlərini formalaşdırmaqla yanaşı, həm də oxuduqlarınısəhnələşdirərək və təkrarlayaraq öyrənirlər.

Milli köklər üzərində yeni innovasiyalara doğru irəliləyən yaradıcı uşaqların maraq dünyasından ayrılarkən düşünürəm: – Günümüzdə dünyanın bir sıra ökələrində zərərli vərdişlərlə böyüyən uşaqlarla bağlı narahatlıqlar barədə tez-tez eşidirik. Aparılan araşdırmalar göstərir ki, belə xoşagəlməz vəziyyətlər bəzən valideynlərin etinasızlığı üzündən baş verirsə, bunun əsas səbəbi uşaqlara dövlət qayğısının olmamasıdır. Çox gözəl haldır ki, muxtar respublikada gələcəyimiz olan uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bunun ifadəsidir ki, diyarımızda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi kimi onlarla məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə fəaliyyət göstərən dərnəklərə üz tutan uşaqların fiziki və mənəvi inkişaf səviyyəsi artır, onlarda sağlam həyat tərzi formalaşır. Əminliklə demək olar ki, bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan dərnəklər vasitəsilə bilik və bacarığını inkişaf etdirən azyaşlı uşaqlar gün gələcək, innovativ düşüncəli, geniş dünyagörüşlü sənət və peşə sahibi kimi ölkəmizin mədəniyyətinə, incəsənətinə böyük töhfələr verəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg