• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1775
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1775
mod_vvisit_counterBu ay46929
mod_vvisit_counterÜmumi2931068

Tarix: 23 Dek., 2024

Naxçıvan Qarnizonu tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr olunan tədbir keçirilib

Naxçıvan Qarnizonu Təlim-Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixində təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin “Naxçıvan-95”adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb.

Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov Naxçıvan Muxtar Respublikasının 95 ilində keçdiyi inkiişaf yolundan danışaraq, qeyd edib ki, qədim tarixə, mədəniyyətə və çox əsirlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib. Naxçıvanda muxtar dövlətin yaranmasının bir çox amillərlə bağlı olduğu bildirilib. O, Naxçıvanın dövlətçilik tariximizdə böyük rolu malik olduğunu vurğulayıb. Məktəbin direktoru Naxçıvan tarixinə xroniki olaraq toxunaraq qeyd edib ki, Naxçıvan ərazisində Naxçıvan şahlığı, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası kimi müstəqil, yarımmüstəqil dövlət qurumları, inzibati ərazi vahidləri olub. Tarixboyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu bu diyarın əhalisinin müqavimətini qıra bilməyib.

Natiq müəllim çarizm devrildikdən sonra bir sıra böyük dövlətlərin türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək məqsədi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana yiyələnmək üçün cəhdlər etdiyini söyləyib. Diqqətə çatdırıb ki, erməni daşnakları isə yaranan şəraitdən, böyük dövlətlərin dəstək və yardımlarından istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını Ermənistana qatmaq siyasəti aparıb. Nəticədə Azərbaycan Zəngəzur mahalını itirməli olub. Bununla da vaxtı ilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan diyarı Azərbaycanın əsas ərazisindən aralı düşüb və muxtariyyət məsələsi gündəliyə gəlib.
Qeyd olunub ki, Naxçıvanı işğal etməyə çalışan erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutub, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atıb. Lakin bölgə əhalisi qəhrəmanlıqla mübarizə aparıb, məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməyib. Naxçıvanın muxtariyyət statusunun əldə olunmasında Türkiyə Cumhuriyyətinin səyi ilə Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olduğu vurğulanıb.

Bildirilib ki, Naxçıvan 1921-ci il martın 16-dаn başlayaraq əvvəlcə Nахçıvаn Sоvеt Sоsiаlist Rеspublikаsı, 1923-cü il iyunun 16-dаn sоnrа Nахçıvаn diyаrı, 1924-cü il fеvrаlın 9-dаn Nахçıvаn Muхtаr Sоvеt Sоsiаlist Rеspublikаsı, 1990-cı il nоyаbrından isə Naxçıvan Muxtar Respublikası adlanıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə, eləcə də Azərbaycan Respublikasına rəhbərliyə qayıdışından sonra Naxçıvan Muxtar Respublikasının müdafiəsi və hərtərəfli inkişafı üçün gördüyü işlər haqqında məlumat verildi. Həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dinamik inkişafı, etibarlı müdafiəsi sahəsində hərtərəfli köməyinin olduğu haqqında məlumatlar tədbir iştirakçılarına çatdırılıb.

Naxçıvanın 95 ildir ki, muxtar respublika statusuna malik olduğunu xatırladan məktəb direktoru bu gün bölgənin Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verdiyini bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika son 24 ildə hərtərəfli inkişafa nail olub, əsl intibah səviyyəsinə yüksəlib.

Sonra söz məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Mütəllimovaya verildi. Təranə müəllim muxtariyyat illərində Naxçıvanın ədəbi mühiti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəsamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva muxtariyyat illərində Naxçıvanda yaşayıb yaradan rəssamların, xüsusi ilə Bəhruz Kəngərlinin yaradıcılığı haqqında, Naxçıvanın sənət adamları haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə məktəbin coğrafiya müəllimi Hüseyn Rəfiyev Muxtar Respublikanın coğrafiyası haqqında maraqlı çıxış etdi. Sonra məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycana, Naxçıvana, Vətənə həsr olunmuş şeir, mahnı rəqslərlər və tədbir iştirakçılarında xoş ovqat yaradıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg