18 dekabr 2019-cu il tarixdə Kolanı kənd tam orta məktəbində Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Biçənək, Gömür və Ağbulaq kənd tam orta məktəbinin IX –XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan “Kitabi Dədə-Qorqud” dastanına, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Teodor Drazerin “Dahi” romanına və Cek Londonun “Həyat eşqi” hekayəsinə aid viktorina keçirildi. Viktorinanın keçirilməsində məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, dünyagörüşünün artırılması, onlara tariximiz, mədəniyyətimiz və milli mənsubiyyətimiz haqqında dolğun məlumat veməkdən ibarətdir. Keçirilən viktorinanın yekun nəticəsinə görə Kolanı kənd tam orta məktəbinin komandası birinci yeri tutmuşdur.
Birinci yerə çıxmış komanda Naxçıvan şəhərində keçirilən viktorinada Şahbuz rayonunu təmsil edəcəkdir.