Şərur rayonunda 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş regional şahmat yarışı keçirilib.
Yarış Şərur rayon Kosacan kənd tam orta məktəbində reallaşıb. Şahmat Federasiyası rayon bölməsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 56 şahmatçı mübarizə aparıb.
Yekun nəticəyə əsasən komanda yarışında Siyaqut kənd tam orta məktəbi I yerin qalibi olub. Qarxun kənd tam orta məktəbi II, Kosacan kənd tam orta məktəbi isə III yerə yiyələnib.
Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.