• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1697
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1697
mod_vvisit_counterBu ay46851
mod_vvisit_counterÜmumi2930990

Tarix: 23 Dek., 2024

Kəngərli rayon məktəbliləri arasında “Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilib

19 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib. Viktorinanın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, tariximiz, mədəniyyətimiz və milli kimliyiiz haqqında şagirdlərə dolğun məlumat vermək, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsi və dünyagörüşünün artırılmasından ibarətdir.

Tədbirdə çıxış edən Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı bildirib ki, kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bu məsələ uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi ilə bağlıdır. Vurğulanıb ki, siyahıda qeyd olunan oxunması zəruri olan kitablara üstünlük verilməsi fərdin sonrakı seçimlərinin düzgün olmasına zəmanət verir. Bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. İştirakçılar müsabiqənin şərtləri ilə tanış edildikdən sonra yarışa start verilib. 2 yarımfinal və 1 final mərhələsindən ibarət olan viktorinada hər mərhələdə komandalara 20 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib.

Qeyd edək ki, suallar “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Kitabi-Dədə Qorqud” dastanından, Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabından, Teodor Drayzerin “Dahi” romanından və Cek Londonun “Həyat eşqi” hekayəsindən tərtib olunub.

Viktorinada 11 ümumtəhsil məktəbi üzrə 44 məktəbli iştirak edib.

Viktorinanın yekun nəticələrinə əsasən, Çalxanqala kənd tam orta məktəbinin komandası I, Qarabağlar kənd 1nömrəli tam orta məktəbin komandası II, Qıvraq qəsəbə və Yurdçu kənd tam orta məktəbinin komandası III yerə layiq görülüb. Viktorinanın qalibləri diplomlarla mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg