• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün977
mod_vvisit_counterDünən1359
mod_vvisit_counterBu həftə5259
mod_vvisit_counterBu ay12872
mod_vvisit_counterÜmumi2529688

Tarix: 11 May, 2024

Muxtar respublika çempionatına yekun vurulub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Basketbol Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında keçirilən basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkilidir.

Yarışda IX-X siniflərdə oxuyan 2004-2005-ci il təvəllüdlü oğlan və qızlardan ibarət komandalar mübarizə aparıb. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Komleksində final görüşləri keçirilib.

Qızlar arasında keçirilən final qarşılaşmasında Ordubad məktəbliləri Culfalı həmkarlarından üstün olublar. Naxçıvan komandası isə çempionatın üçüncüsü olub.

Oğlanlar arasında oynanılan oyunların nəticəsinə əsasən finalda Naxçıvan və Culfa komandaları qarşılaşıb. Görüş Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb – 55:21. Ordubad komandası isə üçüncü olub.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar. Mükafatları Gənclər və İdman naziri Azad Cabbarov, Təhsil naziri Rəhman Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg