• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1647
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1647
mod_vvisit_counterBu ay46801
mod_vvisit_counterÜmumi2930940

Tarix: 23 Dek., 2024

Məktəblilərə Səfəvilər dövlətinin yaranma tarixi ilə bağlı məlumat verilib

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilən növbəti interaktiv açıq dərs Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Səfəvilər dövlətinin yaranma tarixinə həsr olunub.

Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Azərbaycan Səfəvilər dövlətinin yaranması” mövzusunda çıxış edib.

Tədqiqatçı alim Səfəvilər dövlətinin yaranması, Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi, dövlətin həyata keçirdiyi daxili və xarici siyasət barəsində şagirdlərə ətraflı məlumat verib. O, Səfəvilərin tariximizdəki yeri və rolundan danışaraq qeyd edib ki, XV yüzilliyin sonlarında Azərbaycanda tez-tez baş verən ara müharibələri, ölkədə yaranmış ictimai-iqtisadi və siyasi böhran savaşlarından əziyyət çəkən xalqımızın qüvvətli dövlət yaratmaq, torpaqların vahid dövlət tərkibində birləşdirilməsini zəruri etdi. Belə bir vaxtda Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl 1501-ci ildə dünya tarixinə orta əsrlərin ən nəhəng dövləti kimi yazılmış Səfəvilər dövlətinin əsasını qoydu. Bununla da Azərbaycan torpaqları bir dövlətin tərkibində, bir bayraq altında birləşməyə nail oldu. Azərbaycan dili orta əsrlərdə ilk dəfə olaraq rəsmi dövlət dili səviyyəsinə yüksəldi.

Dərsdə I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işlərindən, bu tarixi şəxsiyyətin daxili və xarici siyasətindən söz açılıb, onun Azərbaycan dövlətinin qüdrətini daha da artırmaq üçün həyata keçirdiyi tədbirlərdən, Azərbaycan torpaqları uğrunda apardığı əzmkar mübarizəsi şagirdlərin diqqətinə çatdırılıb.

Açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg