Naxçıvan şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin icrasına başlanılıb.
“Sabahın tədqiqatçıları” müəyyən olunmuş günlərdə alimlərlə görüşərək Azərbaycan dili, Tarix, Biologiya, Fizika və Kimya fənləri üzrə müxtəlif mövzularda tədqiqat işləri aparırlar.