Sədərək rayon Təhsil şöbəsi və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 02 dekabr 2019-cu il tarixli, müvafiq əmri ilə təsdiq olunmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq tədbirlər planına əsasən Sədərək rayon ümumtəhsil məktəblərində Şahmat yarışları keçirilmişdir. Yarışa başlamazdan əvvəl Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Aqil Nağıyev Rayon Şahmat məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə çıxış edərək şagirdlərə yarışın keçirilməsi haqqında ətraflı məlumat vermişlər.
Yarış Sədərək kənd 1 nömrəli, Sədərək kənd 2 nömrəli, Qaraağac və Heydərabad qəsəbə tam orta məktəblərinin V-VIII siniflərinin şagirdləri arasında keçirilmişdir. Gərgin və bir o qədərədə maraqlı keçən oyunların sonunda Sədərək kənd 1 nömrəli tam orta məktəbi üzrə VI sinif şagirdlərindən I yerə İbrahimzadə Nurşən Valeh qızı, II yerə Kazımov Adil Akif oğlu və III yerə isə Qədimov Polad Murad oğlu layiq görülmüşlər.
Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə I yerə V sinif şagirdi Məmmədova Gülnarə Adil qızı, II yerə VIII sinif şagirdi Salahsoy Elgün Babək oğlu və III yerə VIII sinif şagirdi Qasımli Elnur Rasim oğlu layiq görülmüşlər.
Qarağaac kənd tam orta məktəbi üzrə I yerə X sinif şagirdi İbrahimli Tərlan Asif qızı, II yerə IX sinif şagirdi Əlizadə Yusif Tural oğlu və III yerə isə VIII sinif şagirdi Abbasov Ümid Yavər oğlu layiq görülmüşlər.
Heydərabad qəsəbə tam orta məktəbi üzrə isə I yerə VIII sinif şagirdi Eyvazov Malik Əhməd oğlu, II yerə Dünyamalıyev Ümid Bəylər oğlu III yerə isə Zalova Aliyə Xəyal qızı layiq görülmüşlər.
Qalib olmuş şagirdlər təşkilatçıların Diplom və Fəxri fərmanları ilə mükafatladırılmışlar.