24 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclər İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında rus dilində “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilmişdir.
İntellektual oyun Naxçıvan Muxtar Respublikasında məktəblilərin intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, intellektual sahədə keçirilən beynəlxalq yarışlarda muxtar respublika gənclərinin iştirakına zəmin yaradılması məqsədilə keçirilmişdir.
Oyunda 5 nəfərdən ibarət 5 komanda iştirak edirdi. Oyun iki turdan ibarət idi. Turların hər biri “Oxunması zəruri olan kitablar” əsasında hazırlanmış 12 sualdan ibarət olmaqla oyun müddətində 24 sual səsləndirildi. Hər bir düzgün cavab 1 balla qitmətləndirildi.
Oyunun qalibləri I yer “Наследие”, II yer “Огузы” III yerin qalibi isə “Патриот” komandası olmuşdur. Qalib olan komandalar İntellektual oyunun təşkilatçıları tərəfindən kubok və diplomla, komanda üzvləri isə fəxri fərmanla təltif olundular.