25 dekabr 2019-cu il tarixdə Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət sarayında Məktəblilərin dram müsabiqəsi keçirilmişdir. Məktəblilərin dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyədə yaradıcı qabiliyyətilərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə şəxsi keyfiyyətlərinin sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil nazirinin müvafiq nömrəli məktubuna əsasən cari tədris ilində ümumtəhsil məktəblərində dram müsabiqələri keçirilir.
Dram müsabiqələrinin Sədərək rayon turunda 4 ümumtəhsil məktəblərin hər biri 1 səhnəcik ilə çıxış etdilər. Ilk olaraq Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsərindən, Sədərək kənd 2 nömrəli tam orta məktəbi şagirdləri Cəlil Məmmədquluzadənin “Danabaş kəndin müəllimi” əsərindən, Qarağac kənd tam orta məktəbin şagirdləri Səməd Vurğunun “Vaqif” əsərindən, Heydərabad qəsəbə tam orta məktəbin şagirdləri isə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən parçalar səhnələşdirmişlər.
Maraqlı keçən müsabiqənin sonunda münsiflər heyətinin qərarına əsasən Qaraağac kənd tam orta məktəbinin hazırladığı Səmənd Vurğunun “Vaqif” əsərindən təqdim etdiyi səhnəcik I, Sədərək kənd 2 nömrəli tam orta məktəbinin hazırladığı Cəlil Məmmədquluzadənin “Danabaş kəndin müəllimi” əsərindən təqdim etdiyi səhnəcik II,, Sədərək kənd 1 nömrəli tam orta məktəbin hazırladığı Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsərindən təqdim etdiyi səhnəcik III yerin qalibi olmuşdur.
Qaliblər təşkilatçıların Diplomları ilə mükafatlandırılmlışlar.
Qalib olan Qaraağac kənd tam orta məktəbinin komandası Sədərək rayonunu Muxtar Respublika turunda təmsil edəcəkdir.