26 dekabr 2019-cu il tarixdə Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ilk olaraq rayonda yerləşən Tarix Diyarşünaslıq Muzeynə şagird və müəllimlərlə birgə baxış keçirilmiş şagirdləri maraqlandıran sulara muzeyin bələdçisi İsmayıl Tağıyev cavablandırlmışdır. Daha sonra Rayon Uşaq Gənclər Şahmat Məktəbində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar rayon ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirilmişdir.
Yarışda ümumitəhsil məktəblərinin şahmat müəllimləri və şahmatçı şagirdləri iştirak etmişlər.
Yarışda Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Arzuman Abdullazadə, Şahmat məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə, Şahmat müəllimlərindən Nazim Qazıyev çıxış edərək Həmrəylik Gününün əhəmiyyətindən danışmış və Yeni il münasibətilə iştirakçıları təbrik edərək uğurlar arzulamışlar.
Gərgin və maraqlı keçən yarışın sonunda I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası , II yerə Heydərabad qəsəbə tam orta məktəbin komandası və III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası qalib olmuşlar.
Qalib olmuş komandalar təşkilatçılar tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşlar.