• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün122
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə1904
mod_vvisit_counterBu ay47058
mod_vvisit_counterÜmumi2931197

Tarix: 24 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında 2019-cu ilin yekunları müzakirə olunub

Dekabrın 27-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2019-cu ilin yekunları ilə bağlı tədbiri keçirilib. Əvvəlcə rayon şahmat məktəblərinin direktorları 2019-cu ildəki fəaliyyət barədə hesabat veriblər. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev isə federasiya üzrə 2019-cu ildə görülən işlərdən danışıb, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şahmatçılar adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Azərbaycanda şahmata dövlət tərəfindən böyük diqqət göstərilir. Bu gün dünya üzrə ən yaxşı on şahmatçıdan ikisi azərbaycanlıdır. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. 2019-cu ildə muxtar respublikada 60-dan çox yarış keçirilib, 100-dən çox şahmatçımız beynəlxalq yarışlarda iştirak edib. 2019-cu ildə 1 şahmatçımız Avropa üçüncüsü, 1 şahmatçımız Azərbaycan çempionu, 2 şahmatçımız Azərbaycan üçüncüsü, 11 şahmatçımız Azərbaycan çempionatının finalına vəsiqə qazanıb, 1 şahmatçımız isə beynəlxalq usta normasını yerinə yetirib. Bu il ilk dəfə 16 yaşlı şahmatçılar arasında dünya çempionatında Azərbaycan və Naxçıvan komandaları iştirak etmişdir. Ali Məclis Sədrinin tapşırığı ilə il ərzində şahmatın tədrisi ilə bağlı 2 kitab çap olunaraq bütün məktəblərə paylanıb. Təhsil Nazirliyi ilə birgə şahmatı tədris edən muxtar respublika müəllimlərinin sertifikasiyası keçirilib. Əlavə olaraq il ərzində rayon və şəhər məktəblərində valideynlərlə, şahmatçılar və müəllimlərlə görüşlər keçirilib.

Vurğulanıb ki, federasiya növbəti ildə fəaliyyətini daha da artırmalıdır. Şəhər və rayonlardakı şahmat məktəbləri ilə orta məktəblər arasında sıx əlaqə yaradılmalıdır. Məktəblərdə keçirilən tədbirlər barədə federasiyaya daim məlumat verilməlidir. Orta məktəblərdə istedadlı şagirdlər seçilərək şahmat məktəblərinə yönləndirilməlidir. Bundan başqa, muxtar respublikada dərəcə alan, Naxçıvanı beynəlxalq yarışlarda layiqincə təmsil edə biləcək şagirdlərlə mütəmadi iş aparılmalı, Bakıdan dəvət olunmuş müəllimlərlə belə şahmatçıların ayda bir dəfə görüşü təşkil olunmalıdır. 2020-ci il ərzində də yeni kitablar tərcümə olunmalı, yeniliklərin muxtar respublika şahmatçılarına çatdırılması diqqətdə saxlanılmalıdır.

Federasiya rəhbəri çıxışının sonunda diqqətə çatdırıb ki, bu gün Ali Məclis Sədrinin qayğısı nəticəsində Naxçıvan şahmatı yeni inkişaf dövrünü yaşayır. Şahmatçılarımız beynəlxalq arenada öz yerini tutur, reytinqlərini artırırlar. Bu iş növbəti ildə də davam etdiriləcəkdir.

Sonra 2019-cu ildə fərqlənən məşqçi-müəllimlərə, şahmatçılara və məktəblərə federasiya tərəfindən diplom, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib, xatirə şəkili çəkdirilib.

Həmin gün Naxçıvan Şahmat Mərkəzində rayon şahmat məktəblərinin direktorları və məşqçi-müəllimləri ilə növbəti ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq da keçirilib, vəzifələr müəyyənləşdirilib, məşqçi-müəllimlərin fikirləri dinlənilib, təkliflər müzakirə olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg