Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2 dekabr 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər planına əsasən 28 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə bilik yarışı keçirilmişdir. Yarışda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları iştirak etmişlər.
Yarışın keçirilməsində məqsəd “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsinin səbəbləri, onun tarixi, xüsusilə 1989-cu ildə bu həmrəyliyin bünövrəsinin qoyulmasında Naxçıvan əhalisinin tarixi fədakarlığını gənc nəslə aşılamaq olmuşdur. Bundan əlavə Yeni ilin qarşılanması və dünya xalqlarının yeni il adətləri haqqında maraqlı suallar qoyulmuşdur.
Yarışda şagirdlər komanda şəklində və fərdi olaraq həvəslə iştirak etmişlər. Daha fəal iştirak edən 8 nömrəli tam orta məktəbin komandası I, 7 nömrəli tam orta məktəbin komandası II, 5 nömrəli tam orta məktəbin komandası III yerlərə layiq görülmüşlər.
Qaliblər Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif edilmişdirlər.