28 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Həmrəy olaq-bir olaq” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Sevda Cabbarova çıxış edərək qeyd etdi ki, 31 dekbar artıq 30 ildir ki, “Dünya Azərbaycanlılarının Həmrəliyi Günü” kimi qeyd olunur.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.
“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” nün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Tədbirdə məktəbin istedadlı şagirdlərinin maraqlı çıxışları dinlənilmişdir.