28 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə müəllimlərin yazdıqları pedaqoji mühazirələrin dinlənilməsi və müzakirəsi keçirilmişdir. Müzakirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 2018-2019-cu tədris ilində keçirilən pedaqoji mühazirələrdə Azərbaycan Respublikası üzrə II yerin qalibi İlhamə Quliyeva, 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Turac Hacıyeva və məktəbin fəal müəllimləri iştirak etmişdirlər.
İlk olaraq məktəbin direktoru İlahə Fərəcova çıxış edərək bildirmişdir ki, yazılmış pedaqoji mühazirələrin müzakirəsini keçirməkdə məqsəd məktəb və təhsil üçün aktual olan problemləri əhatə etməkdir. Xatırladaq ki, pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqət artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllimlərin təcrübəsini təbliğ etmək, əməkdaşlıq yaratmaq məqsədilə keçirilir. Müzakirədə ingilis dili müəllimləri Gülnarə Abdullayevanın “Şagirdlərdə mütaliə bacarığını necə formalaşdırmaq olar?”, Aybəniz Mirzəyevanın “Şagirdlərdə tələffüz bacarığını formalaşdırmağın yolları”, tarix müəllimi Aytəkin Məmmədovanın “Müasir dərsin modeli”, Azərbaycan dili müəllimləri Gülnar Tarverdiyeva və Nəsibə İsmayılovanın “Şagirdlərdə mütaliə bacarığının formalaşdırılması”, coğrafiya müəllimi Gülnar Seyidovanın “Coğrafiya fənnini şagirdlərə necə sevdirmək olar?” mövzusunda pedaqoji mühazirələri dinlənilmişdir.
Sonda İlhamə Quliyeva mühaziələrə münasibət bildirmiş, mühazirə qalibi olmağın yolları və şərtləri haqqında müəllimlərə ətraflı məlumat vermişdir.