Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində "Sağlamlıq imkanları məhdud" və Valideyn himayəsindən məhrum məhrum olan uşaqlar" daim diqqət mərkəzində saxlanılır.
Dekabrın 28-də Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təhsil alan "Sağlamlıq imkanları məhdud olan uşaqlar" üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Şagird və valideynlərin iştirak etdiyi şənliyin sonunda şagirdlərə bayram hədiyyələri təqdim olunmuşdur.