Dekabrın 28-də Naxçıvan Qarnizonu tam orta məktəbində Xalq yazıçısı Hüseyn İbrahimovun 100 iliyinə həsr olunmuş təbdir keçirildi.
Təbdiri giriş sözü ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin və Ali Məclis Sədri Vasif Talıbovun Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamları Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir.
Natiq Əhmədov çıxışında Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri olduğunu qeyd etdi. Hüseyn İbrahimovun çöxəsrlik Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm rolu olduğu kimi bədii nəsrinin inkişafındakı xidmətləri də danılmazdır. Geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir. Məktəb direktoru həmçinin onu da vurğuladı ki, ədib yaradıcılığa şeirlə başlasa da, cəmi iki pyesi tamaşaya qoyulsa da, özünü ədəbiyyat sahəsində görkəmli nasir kimi təsdiq etmişdir. Ümumiyyətlə, isə onun irsində 100-ə yaxın hekayə, 20-dən çox novella, 8 povest, 3 pyes, 5 roman yer almaqla yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir. Yazıçı müxtəlif illərdə Azərbaycan Kommunist Partiyasının təbliğat orqanlarında çalışmışdır. Buna baxmayaraq, Hüseyn İbrahimov əsərlərində sadə, əməksevər insanların həyatını geniş şəkildə əks etdimişdir. Natiq müəllim çıxışının sonunda ölkə Prezdenti və Ali Məclis Sədrinin Sərəncamlarında da göstərildiyi kimi, xalq yazıçısı Hüseyn İbrahimovun ədəbi yaradıcılığının hər birimiz tərəfindən dərindən öyrənilməsinə ehtiyacımız olduğunu vurğuladı.
Tədbirdə yazıçının həyatı haqqında IX sinif şagirdi Cəfərli Aysu Naib qızı məlumat verərək qeyd etdi ki, Naxçıvanın ədəbi mühitinin formalaşmasında mühüm xidmətləri olan Hüseyn İbrahimov böyük vəzifələrdə işləsə də, yaradıcılığı daima ön planda olub. Yazıçının fəaliyyətinə ümumilli liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymət verildiyini, onun 1994-cü ildə “Şöhrət” ordeni ilə təltif edildiyini, 1998-ci ildə isə Xalq yazıçısı adına layiq görüldüyünü qeyd etdi.
Təbdirdə IX sinif şagirdi Əsgərova Xədicə Rəşad qızı “Hüseyn İbrahimovun yaradıcılıq yolu” haqqında məlumat verdi. Hüseyn İbrahimovun tarixi keçmişindən bəhs edən əsərlərinin oxucular tətəfindən rəğbətlə qarşılandığını və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynadığını qeyd etdi. Yazıçı “Sabahın sorağında” romanında kənd müəllimlərinin, yerli ziyalıların qayğılarına toxunub. “Bahar yağışı” əsərində isə həyata insana, cəmiyyətə olan baxışlarına aydınlıq gətirib. Onun tarixi romanlarında tarixilik və müasirlik problemi qaldırılır. Yazıçının “Qumralın məktubu”, ”Nehrəm kəndinin əhvalatı”, ”Göyərçinin məhəbbəti”, ”Qu quşları oxuyanda ölürlər” əsərləri hamı tərəfindən sevilir və maraqla oxunur. Xədicə həmçinin onu da qeyd etdi ki, Hüseyn İbrahimovun əsərlərinin özünəməxsusluğu, doğulub boya-başa çatdığı Naxçıvanı bütün varlığı ilə əks etdirmək və bu vəsilə ilə bütün vətəni tərənnüm və təsvir etmək idi.
Təbdirdə məktəbin şagirdləri ilə Hüseyn İbrahimovun hekayələrinin müzakrəsi keçirildi. Hüseyn İbrahimovun əsərləri əsasında IX-XI sinif şagirdləri arasında keçirilən viktorinada məktəbin IX sinif şagirdləri fərqləndilər. Hüseyn İbrahimovun həyat və yaradıcılığından bəhs edən slaydlar tədbir iştirakçılarına təqdim olundu.
Sonda məktəbin kitabxanasında Hüseyn İbrahimovun əsərlərindən ibarət təşkil edilən sərgiyə baxış oldu.