07 yanvar 2020-ci il tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 8, 9, 10, 12 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların şagird mənəviyyatına təsiri” mövzusunda 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərəcova Aynur açıq dərs keçmişdir.
Açıq dərsdə qeyd olunmuşdur ki, uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacibdir. Çünki çox mütaliə edən şagirdlərin intellekti daha sürətlə inkişaf edir. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə ən təsirli tərbiyə vasitəsidir. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə “Oxunması zəruri olan kitablar haqqında”Sərəncam imzalamışdır.
Sərəncamdan sonra cəmiyyətimizdə kitaba maraq xeyli artıb. Maariflənən cəmiyyət, gənc nəsil, ilk olaraq bu vacib bilinən kitabları oxumaqla mütaliəni bir vərdişə çevrirlər. Sonda isə muzeyin bələdçisi tərəfindən şagirdlərə ekskursiya təşkil olunmuşdur.