“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədovanın "Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi yeraltı sularının minerallığının təyini" adlı layihəsi Moskvada Məktəblilərin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq "Elmə start" müsabiqəsində yoxlamadan uğurla keçmişdir.
Layihənin 3 səhifəlik "Mənim elmi işim" məqaləsi " Литературнoe творчество школьников" jurnalında, layihə isə "Школьный научный журнал " da dərc olunacaq.