• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün643
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2425
mod_vvisit_counterBu ay47579
mod_vvisit_counterÜmumi2931718

Tarix: 24 Dek., 2024

“Naxçıvan: dünən və bu gün” mövzusunda açıq dərs keçirilmişdir

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir.

Naxçıvanın keçdiyi inkişaf mərhələsini və müasirliyə doğru getdiyi yolda əldə etdiyi nailiyyətləri şagirdlərə aşılamaq məqsədilə yanvarın 13-də Naxçıvanşünaslıq Mərkəzində elmi katib Nihat Tarverdiyev tərəfindən “Naxçıvan: dünən və bu gün” mövzusunda açıq dərs keçirilib. Dərsdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak etmişdir.

Bildirilib ki, dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycan Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermiş, ölkədə sosial-siyasi sabitlik bərqərar olunmuş, iqtisadi inkişaf dövrü başlanmışdır. Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. Muxtar respublika Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.

Açıq dərsdə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirləri artıq reallığa çevrilibdir. Müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir.

Qeyd olunub ki, cəmiyyətin inkişafının əsas şərtlərindən biri olan elm və təhsil sahəsində muxtar respublikamız yüksək nailiyyətlərə imza atmışdır. Muxtar respublikanın şəhər, rayon və kəndlərində təhsil müəssisələri üçün müasir binalar tikilib, ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan kompüter və elektron lövhələr quraşdırılıb. Laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar dərslik və bədii ədəbiyyatlarla təmin edilib. Naxçıvan uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Açıq dərsdə bildirilib ki, bu uğurlu inkişafa görə ulu öndərimiz Heydər Əliyevə və onun yolunun, ideyalarının davamçılarına tarix boyu minnətdar olmalıyıq.

Azərbaycan tarixinin bir hissəsini təşkil edən Naxçıvan tarixini, qədim tariximizi, dilimizi, ədəbiyyatımızı, arxeologiya və etnoqrafiyamızı, folklorumuzu və adət-ənənələrimizi öyrənmək və yaşatmaq hər birimizin əsas vəzifəsi olmalıdır.

Sonda məktəblilər Naxçıvanşünaslıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg