15 yanvar 2020-ci il tarixində Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Sədərək rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Məktəblilərin təsvir və dekarativ-tədbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilmişdir.
Tədbirdə Təsil nazirin müavini Heyran Əhmədova, Təhsil şöbəsinin müdiri Malik İsmayılov çıxış edərək bildirmişlər ki, Məktəblilərin təsviri incəsənət sənət müsabiqəsi məktəblilərin maraq və bacarıqlarının intelektual səviyyəsi və yaradıcı qabliyətlərinin aşkarlanması, müxtəlif məktəbdən kənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensialların sistemli inkişafı ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdən kənar fəliyyətlarinin qiymətləndirilməsi məqsədi ilə keçirilir deyə vurğulamışdırlar.
Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərindən ümumilikdə 90 şagird və 14 müəllim iştirak etdiyi, Müsabiqədə “Naxçıvan dünən və bu gün” , “Naxçıvan abidələri” , “Müasir Naxçıvan” və “Naxçıvan Muxtar Respublikası-95” mövzularında müxtəlif əl işləri ilə 36 şagird iştirak edib mürsüflər heyyəti tərəfindən 5 ballıq sistemə uyğun qiymətləndirmə aparılıb.Təsviri sənəd müsabiqəsi üzrə I yerə Sədərək kənd bir nğmrəli tam orta məktəbin X sinif şagirdi Seyidov Cahangir Nərman oğlu, II yerə Hüseynova Səbinə Əfqan qızı və III yerə isə Əhmədova Ərkinaz Sabir qızı layiq görülmüşlər. Dekarativ sənət müsabiqəsi üzrə isə I yerə Əlizadə Gülçin Elçin qızı, II yerə Zamanlı Gülçin Natiq qızı və III yerə isə İbrahimli Tərlan Asəf qızı layiq görülmüşlər.
Hər iki müsabiqə üzrə qalib olmuş şagirdlər təşkilatçıların Diplom və Fəxri fərmanları ilə mükafatlandırılmışlar.