• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün482
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2264
mod_vvisit_counterBu ay47418
mod_vvisit_counterÜmumi2931557

Tarix: 24 Dek., 2024

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində  interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.

Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.

Həmin tədbirlərin davamı olaraq 16 yanvar 2020-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər, Fransız müdafiəsinə  aid oyunların təhlili”, mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.Qeyd olunub ki, Fransız müdafiəsi yarımaçıq debütlərə aiddir. 1.e4 e6 gedişləri ilə başlayır. Debüt London şahmatçıları ilə  oyununda müvəffəqiyyət qazanan parisli şahmatçıların şərəfinə adlandırılmışdır. Bu debütdə əsasən mərkəz uğrunda mübarizə gedir. Yəni ağlar e4 və d4 gedişləri edərək mərkəzi tutmaq istəyir, qaralar isə e6 və d5 gedişləri ilə ağlara cavab verir.

İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilmişdir. Bununla yanaşı saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilmişdir.

İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs­ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg