• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün391
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2173
mod_vvisit_counterBu ay47327
mod_vvisit_counterÜmumi2931466

Tarix: 24 Dek., 2024

“Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilib

 

Öz fəaliyyətləri ilə xalqımızın ictimai, siyasi, mədəni həyatında mühüm xidmətlər göstərmiş şəxsiyyətlər heç bir zaman unudulmur, xatirələri həmişə əziz tutulur. Bu mənada, Azərbaycanın dilbər guşəsi Naxçıvan Muxtar Respublikasında da dəyərli şəxsiyyətlərin anılması və xatirələrinin əbədiləşdirilməsi bir ənənəyə çevrilib və böyük qayğı ilə həyata keçirilir. Belə şəxsiyyətlərdən biri Bəhruz Kəngərlidir.

Yanvar 22-də Bəhruz Kəngərli Muzeyində realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü münasibətilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilib.

Muzeyin bələdçisi Rəna Əliyeva tərəfindən aparılan dərsdə 1892-ci il yanvarın 22-də Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan görkəmli rəssamın həyat və yaradıcılığından söhbət açılıb. Hələ körpəlikdə anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssam təhsil sonrası davam edən cəmi 7 illik yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan görkəmli rəssam Azərbaycan gerçəkliyində ömrün mənasının onun uzunluğundan asılı olmadığını əyani olaraq təsdiqlədi.

Bildirilib ki, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından olan Bəhruz Kəngərlinin anadan olmasından 128 il keçir. 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ­ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma vətənində də daim yüksək diqqət və qayğı göstərilir. Realist rəssamın Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə 2012-ci ildə 120 illik yubileyi qeyd olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb. Naxçıvan Dövlət Teleradiosunda görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb və rəssamın heykəli qoyulub.

Diqqətə çatdırılıb ki, dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Son illər Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülür.

Azərbaycan rəssamlığının, boyakarlığının zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda dünyasını dəyişib.

Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg