22 yanvar 2020-ci il tarixdə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi keçirildi. Müsabiqədə 23 tam orta məktəbin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Müsabiqə məktəblilərin maraq və bacarıqlarını, yaraqıcılıq qabilyyətinin aşakarlanması, ümumtəhsil məktəblərinin müvafiq sahələri üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə keçirilir.
Müsabiqənin mövzusu Naxçıvanın dünəni və bu günü, müsair Naxçıvan, Naxçıvan abidələri Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuşdur. Müsabiqənin yekununa görə təsviri sənət müsabiqəsində Qızıl Qışlaq kənd tam orta məktəbinin VI sinif şagirdi Hacıyev Uğur 1-ci yerə, Ağbulaq kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Seyidzadə Nuranə və Keçili kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Bayramov Ümid 2-ci yerə, Şahbuz şəhər 1№-li tam orta məktəbinin 5-ci sinif şagirdi Qulubəyli Uğur, Kükü kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Quluzadə Tunzay, Badamlı qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi Paşayev İsmayıl 3-cü yerə, dekorativ-tətbiqi sənət üzrə Badamlı qəsəbə tam orta məktəbinin 8-ci sinif şagirdi Muradova Fəridə 1-ci yerə, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Bayramova Duyğu və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Qəhrəmanova Zenfira 2-ci yerə, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Qulubəyli Özləm, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İbrahimli Şəbnəm və Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Orucov Əli 3-cü yerə layiq görülmüşlər.
Müsabiqə qaliblərinə Şahbuz Rayon Təhsil Şöbəsinin diplomları verilmişdir. Qaliblər Naxçıvan şəhərində keçirilən müsabiqədə Şahbuz rayonunu təmsil edəcəklər.