• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün73
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2747
mod_vvisit_counterBu ay47009
mod_vvisit_counterÜmumi2931148

Tarix: 24 Dek., 2024

Dərnək üzvləri Bəhruz Kəngərlinin ev muzeyində olublar

Realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü  münasibətilə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə  Mərkəzinin dərnək rəhbərləri Şeyxova Mətanət Rza qızı, Muxtarova Göyərçin Məhərrəm qızı, Cahangirova İradə Atlıxan qızı, İsayeva Lalə Əli qızı, Məhərrəmova Taliyə Nağı qızı və Cəfərova Arzu Həsən qızı 50-yə yaxın dərnək üzvü  ilə birlikdə 22 yanvar 2020-ci  il tarixdə Muzeydə ekskursiyada oldular.

İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı Sərəncam ilə yaradılıb. 2002-ci il iyunun 18-i ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək muzeyə təqdim edilib.

Qeyd olunub ki, Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətdən  doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan rəssam bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırıb. Rəssamın yaratdığı “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər bu gün də insanları düşündürür. Bu əsərlərdə mənfur ermənilərin törətdikləri vəhşiliklər sənətkarlıqla təsvir edilib.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna rəssamın adı verilib, onun yubileyi muxtar respublikada geniş qeyd olunub, albom-kataloq və sənədli film hazırlanıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg