17-19 yanvar 2020-ci il tarixlərdə Bakı İdman Sarayında “Arpaçay Karate Klubu” və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilmişdir.
Turnirdə 13 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna, Çexiya, Küveyt, Mərakeş) 900-dən artıq idmançı öz qüvvəsini sınamışlar.
Naxçıvan muxtar respublikasının karate do federasiyasının Sədərək rayonunda fəaliyyət göstərən karate do bölməsinin şagirdlərindən Abbaszadə Canər və Bağırov Məhəmməd komanda hesabında III yerin sahibi olmuşlar. Nailiyyətli İdmançılar Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsamayılov və Naxçıvan muxtar respublikasının karate do federasiyasının Sədərək rayon bölməsinin sədri Hikmət Baxşıyev görüş keçirmiş və görüşün sonunda qalib idmançılar qiymətli hədiyələrlə mükafatlandırılmışlar.