Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında sınaq imtahanları aparılıb.
Sınaq imtahanlarının keçirilməsinin məqsədi şagirdlərin bilik və bacarıqlarını daha da yüksəltmək, onların test kitabçaları üzərində sərbəst işləmə vərdişlərini artırmaqdır. Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarında təşkil olunan sınaq imtahanlarının obyektiv keçirilməsi üçün qeyri-ixtisas müəllimləri cəlb olunub