• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1617
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1617
mod_vvisit_counterBu ay46771
mod_vvisit_counterÜmumi2930910

Tarix: 23 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar


Yanvar ayının 25-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.

Mərkəz haqqında məlumat verən bələdçi bildirib ki, ümumi sahəsi iki min kvadratmetr olan binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, iki yüz nəfərlik konfrans zalı, ikinci mərtəbədə yüz nəfərlik konfrans zalı və iki yüz nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır.

Həmçinin bələdçi tərəfindən Naxçıvan Biznes Mərkəzində nümayiş olunan yerli məhsullardan nümunələr barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 96 müəssisə tərəfindən 192 növdə məhsul sərgilənir. Eyni zamanda burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi xeyli artıb, qəbul edilən Dövlət Proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhvəsini verib. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.

Daha sonra Təhsil Nazirliyi əməkdaşları mərkəzdə nümayiş olunan muxtar respublikanın iri özəl sektor təmsilçilərindən “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Araz” Açıq Səhmdar Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, bir sıra digər orta və kiçik biznes qurumlarının məhsulları ilə tanış olublar.

Naxçıvan Biznes Mərkəzi ilə yaxından tanışlıq Təhsil Nazirliyi əməkdaşlarının xoş təəssüratları ilə yadda qalıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg