• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün107
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə4257
mod_vvisit_counterBu ay35320
mod_vvisit_counterÜmumi2502585

Tarix: 24 Apr., 2024

Təhsilə göstərilən qayğı bizi daha da ruhlandırır

Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqətruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.

Aynur Abbasova haqqında danışdığımız məktəbin təcrübəli müəllimlərindəndir. O, işlədiyi təhsil ocağının tədris ənənələrini uğurla davam etdirir, dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verir. Ümumilikdə, 22 ilə yaxın olan pedaqoji fəaliyyəti dövründəAzərbaycan dili və ədəbiyyatı fənnini tədris edərək o, həmişə şagirdlərə doğma dilimizi və ədəbiyyatımızısevdirməyə çalışıb. Bütün elmləri öyrənməyin yolunun məhz ana dilini mükəmməl bilməkdən keçdiyini, bunun üçün onun hər cür incəliklərini öyrənməyi, çoxlu mütaliə edib, söz ehtiyatını zənginləşdirməyi əsastələblər kimişagirdlərə aşılayır. Nəticələr isə ürəkaçandır. Məktəbdən hər il məzun olan gənclərin, demək olar ki, hamısının ölkəmizin və muxtar respublikamızın yüksəkreytinqli ali məktəblərinə daxil olması, onların daha sonrakı həyat və fəaliyyətlərində qazandıqları uğurlar kollektivi ürəkdən sevindirir. Bütün bunlar isə,şübhəsiz, ölkəmizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısı olmadan mümkün deyildir.

Çalışdığı məktəbin təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olduğunu və bunun da onlarda ikiqat məsuliyyət yaratdığını deyənAynur Abbasova digər müəllim yoldaşları kimi yetirmələrinin uğurları ilə həmişə fəxr edir. Təhsil ocağına baş çəkdiyimizdə bizimlə fikirlərini bölüşənAynur müəllimə bu tədrisilinin birinci yarısının onun üçün, xüsusilə əlamətdar olduğunu qeyd etdi.Bildirdi ki, Ali Məclis Sədrinin 2019-cu il 4 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilmiş bir qrup təhsil işçisi arasında onun da adı var. Bu, ümumilikdə, bütün kollektivin əməyinə verilən yüksək qiymət kimi hər kəsin sevincinə səbəb olub. O, bu sevincini məktəbin, təxminən, 1300-ə yaxın şagirdinin təlim-tərbiyəsi ilə məşğul olan yüzdən çox müəllim yoldaşı ilə bölüşməklə göstərilən diqqət və qayğıya görə bir daha dövlətimizə dərin minnətdarlığını ifadə etdi.

Aynur Abbasova yenilikçi müəllimdir. O, müasir dövrdə tədris prosesində tətbiq olunan mütərəqqi üsullardan istifadənin şagirdlərin mövzuları qavramasında müsbət nəticələr verdiyini deyir. Çalışdığı məktəbdə bu sahədə yaxşı təcrübə formalaşdığını da dilə gətirir. Məktəbdə belə təcrübəli müəllimlərin olması isə gənc müəllimlər üçün yaxşı nümunədir. Başqa cür ola da bilməz. Axı təhsil cəmiyyətdə toplanmış bütün elmi biliklərin gənc nəslə öyrədilməsi kimi məsuliyyətli bir sahədir. Belə ki, elmin sürətli inkişafı bu gün qazanılan dünyagörüşün sabah daha da artırılmasını tələb edir. Məhz bu baxımdan müəllim ömrü bitib-tükənməyən bir şam kimi şölələnib ətrafını aydınlatdıqca sabaha açılan yollar daha da nurlu olur. Həyatını elmə, təhsilə həsr etmiş qabaqcıl maarifpərvər insanların bütün ömrü boyu sərf etdikləri fədakar əməyin mükafatı da, əslində, bu nur, bu işıqdır, – deyir Aynur müəllimə.

Dilimizin və ədəbiyyatımızın geniş imkanlarından da bəhs edən AynurAbbasova bir qənaəti də bizimlə bölüşüb bildirdi ki, müasir dünya nə qədər qloballaşsa da, dilimizin saflığını, onun gözəlliklərini qorumaq hər kəsin borcudur. İndi müasir sürətli texnologiya əsri olsa da, hamılıqla Şah İsmayıldan, Aşıq Ələsgərdən, Məmməd Arazdan bizə miras qalmış ədəbi dilimizin gözəlliyini və axarını, nənələrimizdən eşitdiyimiz laylaların şirinliyini qoruyub saxlamaq lazımdır. Müstəqil ölkəmizin iqtisadi-mədəni inkişaf səviyyəsi artdıqca milli atributumuz olan dilimizin də imkanlarının genişlənməsi üçün əlverişli şərait yaranır. Odur ki, şagirdlərə indi dünyaya inteqrasiya olunduğumuz bir vaxtda Azərbaycan dilini daha dərindən öyrənməyin, bu dildə yazıbyaratmağın nə qədər vacib olduğunu mənimsətmək bizim vəzifəmizdir. Qoy gələcəyimiz olan gənclərimiz də zəmanəmizin ən böyük Azərbaycanlısı, ulu öndər Heydər Əliyev kimi öz doğma dilini dərindən sevsin, bütün həyatı boyu bu amalla yaşayıb, onun inkişafı üçün çalışsınlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg