28 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin bir qrup dərnək rəhbəri dərnək üzvləri ilə birlikdə “Ləzzət Qida-Sənaye” MMC-nin Natti Biskivit və Şokalad fabrikində ekskursiyada oldular. Əvvəlcə gigiyenik qaydalara uyğun olaraq ekskursiyada iştirak edənlərin hamısını xüsusi geyimlə təmin etdilər. Daha sonra dərnək üzvlərinə fabrikdə vafli və peçenye istehsalı prosesləri ilə tanış oldular. İstehsal avadanlıqları paketləmə və qablaşdırma prosesləri haqqında məlumat almaqla yerindəcə prosesi izləmək mümkün oldu.
Dərnək üzvlərinə yeni istehsal olunmuş vafli və peçeniyelərdən hədiyyə olundu..